Xəbər lenti
Şahlar Əsgərov: Məleykə xanımla həmişə opponent olmuşam, ancaq...
Bakı Dövlət Universitetinə (BDU) yeni rektor təyinatı ilə bağlı ölkənin təhsil ictimaiyyətində və ziyalılar arasında müxtəlif fikirlər səsləndirilir. Uzun illər qəbul imtahanları və təhsil siyasəti ilə bağlı fərqli mövqeləri ilə seçilən tanınmış təhsil eksperti də bu təyinata münasibət bildirib.Milli Məclisin sabiq komitə sədri, professor Şahlar Əsgərov qeyd edib ki:
“Təhsil mürəkkəb sahədir, həm də çox vacib sahədir. Geniş yayılmış düşüncəyə görə, “hər ölkənin gələcəyi, o ölkənin insanlarının alacağı təhsilə bağlıdır”. Bu səbəbdən Məleykə xanıma çox vaxt opponentlik etmişəm. Bu gün də hesab edirəm ki, ali məktəbə girmək üçün abituriyentlər testdən keçməlidirlər, ancaq ali məktəbi və ixtisası özləri seçməlidir. İndi də belə düşünürəm. BDU-ya rektor təyinatı ilə bağlı bir neçə söz demək istəyirəm. Bunun üçün təhsili üç hissəyə bölmək lazımdır:
a) təhsilin idarə olunması;
b) təhsilin məzmunu;
c) biliyin qiymətləndirilməsi.
Məleykə Abbaszadə ömrünün yarısını biliyin qiymətləndirilməsinə həsr edibdir. Bu sahədə onun bilik qıtlığı yoxdur. Təhsilin idarə olunmasında da güclü menecerdir, belə ki, mətbuata açıqdır, prinsipaldır, dürüstlüyü kifayət qədərdir. Əgər 30 il məmur bir sahəyə rəhbərlik edirsə, deməli, idarəetmə potensialı lazımi qədərdir. Təhsilin ağırlıq mərkəzi onun məzmunundadır. Məlumdur ki, orta məktəb eyniləşdirir, ali məktəb isə müxtəlifləşdirir. Orta məktəb dəyər yaratmır, ancaq tarix boyu yaradılmış dəyərləri gənc nəslə ötürür. Dəyərləri təmiz elm yaradır. Saxta elm dəyər yaratmır. BDU-da həm təhsil, həm də elm var. Universitet təhsilinin mürəkkəb məzmununda uğur qazanılarsa, bu hamımızı sevindirər və alqışlanar. Gənclərimizin bilikli və vətənpərvər böyüməsi üçün təhsilin məzmunu mükəmməl olmalıdır. Elə olmalıdır ki, gənclər orta məktəbi qurtarandan sonra ümumi mənafeni şəxsi mənafedən üstün tuta bilsinlər.
Təbrik edirəm və uğurlar diləyirəm!” - deyə o vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































