Xəbər lenti
Təhsil haqları aşağı salındı
Azərbaycanda ilk peşə-ixtisas müəssisələri üçün təhsil haqqı aşağı salınıb.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.
Onun sözlərinə görə, ötən il ixtisasdan asılı olaraq, minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.
A.Əlili deyib ki, bu il ilk peşə ixtisas müəssisələrinə qəbul üçün sənəd verənlərin sayı bu sahəyə marağın daha yüksək səviyyədə olduğunu göstərir.
Şöbə müdiri əlavə edib ki, avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə "ASAN peşə" layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var.
A.Əlili deyib ki, qəbul prosesində 14-ü peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi olmaqla bütün peşə liseyləri və peşə məktəbləri iştirak edir. Bu il Qəbələdə peşə məktəbi və turizm otelçilik üzrə tədris mərkəzinin bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ Peşə Təhsil Mərkəzinin ixisaslarına qəbul aparılır. Mərkəzin növbəti tədris ilindən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qəbul olunanlar yeni təhsil ilindən orada təhsil ala biləcəklər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar