Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müəllimlər arasında ciddi seçim olacaq Detallar

Tarix: 14-10-2026 22:02     Baxış: 3222 A- / A+
Müəllimlər arasında ciddi seçim olacaq - DETALLAR
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun müəllimlərin əməkhaqqının dərs saatına görə deyil, tam iş günü əsasında ödənilməsi ilə bağlı təklifi təhsil sistemində uzun müddətdir müzakirə olunan problemləri yenidən gündəmə gətirib.

Təhsil eksperti Elmin Nuri bildirib ki, bu yanaşma hazırda pilot layihə kimi tətbiq olunan tamştatlı müəllim modelinə uyğundur..

“Bu model müəllimlərin səkkiz saatlıq iş prosesinə cəlb olunmasını nəzərdə tutur. Hələlik sistem müəyyən sayda məktəbdə tətbiq ediləcək.Tamştatlı fəaliyyət göstərən müəllimlər digər müəllimlərdən daha yüksək əməkhaqqı alacaqlar, çünki səkkiz saat məktəbdə qalacaqlar. Onların fəaliyyəti yalnız dərs saatlarında sinif otağında tədris aparmaqla məhdudlaşmayacaq. Buraya dərs prosesinə hazırlıq, şagirdlərlə əlavə iş, onların tədris prosesinə hazırlanması və mövzuları mənimsəmələrinə dəstək göstərilməsi kimi istiqamətlər də daxildir”.

Elmin Nuri hesab edir ki, bütün müəllimlərin bu modelə cəlb olunması müəyyən çətinliklər yaradacaq və bunun üçün təhsil sistemində optimallaşdırma tədbirləri aparılmalıdır.
“Bu təklif gələcəyin təhsil modelidir. Gələcəkdə müəllimlər arasında seçim prosesi gedəcək və ən yaxşı müəllimlər ciddi rəqabətdən qalib çıxaraq həmin model əsasında fəaliyyət göstərəcəklər. Hazırda 150 mindən çox müəllim çalışır və bu modelin onların hamısına tətbiqi uyğun deyil. Məktəblərin və şagirdlərin sayı getdikcə azalır. Bu da müəllimlərin sayının azalmasına gətirib çıxarır”, – deyə təhsil eksperti qeyd edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar