Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq?

Tarix: 12-10-2026 09:52     Baxış: 3122 A- / A+
Bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq?
Azərbaycanda kolleclərin fəaliyyətində dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Belə ki, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, ehtiyac olmayan digər kolleclərin isə ləğvi nəzərdə tutulur. Bu qərar hansı zərurətdən yarandı? Tələbələrin taleyi necə olacaq?
Manevr.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, kolleclərin yenidən təşkili məsələsinə yalnız təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğvi kimi yanaşmaq düzgün deyil:
“Burada əsas məqsəd orta ixtisas təhsilinin keyfiyyətini yüksəltmək, mütəxəssis hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və mövcud təhsil resurslarından daha səmərəli istifadə etməkdir. Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.
Deputat bildirib ki, bu prosesdə əsas məsələlərdən biri tələbələrin gələcəyidir:
“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar