Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq Xəbər lenti
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaqAzərbaycanda sentyabrın 15-i Bilik Günü qeyd olunur. Yeni tədris ili ilə əlaqədar Azərbaycanın ümumi təhsil müəssisələrində ilk dərs günü başlayır.
2026–2027-ci tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon nəfər təhsil alacaq . Onlardan 1,7 milyondan çoxu ümumi təhsil müəssisələrinin şagirdləri olacaq.
İşğaldan azad edilmiş ərazilərdə 15 məktəb fəaliyyətə başlayır
Bu il işğaldan azad edilmiş ərazilərdə də yeni təhsil müəssisələri fəaliyyətə başlayır. Həmin ərazilərdə 15 təhsil müəssisələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bakıda 500 mindən çox şagird dərsə başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, paytaxtda yeni tədris ilində 500 mindən çox şagird məktəbə gedəcək.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 504 mindən çox şagirdin təhsil alacağı bildirilib. Onlardan 39 mindən çoxu birinci sinif şagirdləridir.
İlk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq
Yeni dərs ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Məktəblərdə ilk zəng çalınacaq və minlərlə uşaq ilk dəfə məktəb həyatı ilə tanış olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























