Xəbər lenti
Yay məktəbi başa çatdı: Kamal Abdulla açıqladı - Foto

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 5-ci Beynəlxalq multikulturalizm yay məktəbinin uğurla başa çatmasına dair yekun mətbuat konfransı keçirilib.
Tədbirdə BBMM Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla çıxış edib.
Kamal Abdulla bildirib ki, mərkəz Prezident İlham Əliyevin qarşısında məqsəd qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması və təbliği ilə bağlı əhəmiyyətli layihələr həyata keçirir.
Şura sədri BBMM, YUNESKO, "Erasmus+" , "ALADDİN" layihəsi və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə 24-30 iyul tarixlərində keçirilən yay məktəbinin uğurla başa çatdığını bildirib.
"ALADDİN" layihəsinin icraçı direktoru A.B.Radkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu istiqamətdəki dəstəyindən dolayı təşəkkürünü bildirərək Azərbaycanın çox unikal ölkə olduğunu bildirib, multikulturalizm sahəsindəki balanslı siyasətini yüksək qiymətləndirib.
Kamal Abdulla bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən universitetlərdə təhsil alan 60-dan artıq tələbənin iştirakı ilə 5-ci Beynəlxalq Multikulturalizm Məktəbinin Bakı şəhəri ilə yanaşı Şəki, İsmayıllı, Qəbələ və Qax rayonlarını əhatə etdiyini qeyd edib.
Kamal Abdulla və A.B.Radkin sonda jurnalistlərin suallarını cavablandırıb.kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar