Manevr.az xəbər verir ki, bu barədə qurumun sədri Ülkər Səttarova müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, L.Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2021-ci ildən Qobustan şəhər A.Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib.
L.Sadıqova 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Fatimə Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Bundan əlavə, 2023–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb.
F.Məmmədova bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub. Təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib.
Xəbər lenti
İki xanıma yüksək vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sistemində yeni təyinatlar olub.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























