Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMA

Tarix: 03-09-2026 22:18     Baxış: 3100 A- / A+
İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMAXaricdə təhsil şirkəti və ya vasitəçi seçərkən universitetin akkreditasiyası, qəbul və viza ilə bağlı təqdim olunan məlumatların doğruluğu əvvəlcədən yoxlanılmalıdır. Müqavilə imzalanarkən isə göstəriləcək xidmətlər, ödənişlər və geri qaytarılma şərtləri diqqətlə nəzərdən keçirilməlidir.

Bəs, tələbələr xaricdə təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etməli və saxta vədlərdən necə qorunmalıdırlar?
İnsanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər - AÇIQLAMATəhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, xaricdə təhsil məsələsi hər il ali təhsil müəssisələrinə qəbuldan sonra gündəmə gəlir:

"Təəssüf ki, hər il çoxsaylı insanlar "xaricdə təhsil" adı altında fəaliyyət göstərən şirkətlərin qurbanına çevrilirlər. Təbii ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin hamısını dələduz adlandırmaq olmaz. Lakin müəyyən mənfəət əldə etmək imkanının olması bu sahəni daha cəlbedici edir və sosial şəbəkələrdə, xüsusilə də TikTok və digər platformalarda əhaliyə çoxsaylı müraciətlər edilir. Valideynlərə tövsiyəm odur ki, övladlarının xaricdə təhsil almasını istəyirlərsə, ilk növbədə seçdikləri universitet haqqında məlumatı birbaşa həmin ali məktəbin rəsmi elektron resurslarından əldə etsinlər. Bunun üçün mütləq vasitəçi şirkətlərə müraciət etməyə ehtiyac yoxdur".

Ekspert bildirib ki, valideynlər universitetin maddi-texniki bazası, kampusları, təhsil imkanları və ən əsası, məzun olduqdan sonra həmin universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmaması barədə əvvəlcədən araşdırma aparmalıdırlar:

"Bu məsələlərə diqqət yetirmək çox vacibdir. İmkan daxilində dövlət sifarişi əsasında xaricdə təhsil almağa üstünlük vermək daha məqsədəuyğundur. Bundan əlavə, "Cambridge" və IB proqramları, eləcə də SAT imtahanı vasitəsilə xaricdə təhsil almaq imkanları mövcuddur. Bu yollarla xaricdə tələbə adını qazanan şəxslərin sonradan Azərbaycana transfer olunması da mümkündür. Lakin sadəcə attestatla xarici universitetə qəbul olan şəxslər üçün sonradan transfer məsələsi daha çətin ola bilər. Ona görə də xaricdə təhsil qərarı verərkən bütün bu məqamlar əvvəlcədən nəzərə alınmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar