Xəbər lenti
“Süni intellekt” kitabı Azərbaycan dilində

Dünya elminə yeni nəzəriyyələr verən, kitabları dünyanın məşhur universitetlərində tədris olunan, tanınmış universitetlərin professoru seçilən Rafiq Əliyevin rəhbərliyi ilə “Süni intellekt” kitabı azərbaycanca da nəşr olundu.
Bu gün süni intellekt texnologiyalarının həyatımızın hər bir sahəsinə daxil olduğunu görürük. Süni intellekt sahəsindəki nailiyyətlər bu gün sənaye üçün ağıllı idarəetmə və qərar qəbuletmə sistemlərinin inkişafından tutmuş tibbə qədər geniş sahələrdə tətbiq olunur. Bu kitabda süni intellekt problemləri ardıcıl şəkildə təqdim olunur və geniş mövzuları əhatə edir: problem həllindən maşın öyrənməsinə və təbii dil emalına, məlumatların və biliklərin hasilatından Soft komputinqə qədər.
Kitabda təqdim olunan material Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Süni intellekt ixtisasının hazırlanması üçün ayırdığı qrant əsasında hazırlanmış kurikulumlar və sillabuslan əhatə edir. Bir çox ölkələrin universitetlərinin tədris planlarına uyğundur və toplanmış beynəlxalq təcrübəni, mürəkkəb və iqtisadi cəhətdən əhəmiyyətli problemlərin həlli üçün süni intellekt nəzəriyyəsinin inkişafındakı mövcud tendensiyalan ehtiva edir. İntellektual əmək bazarında tələbat olan süni intellekt menecerləri, analitikləri və yüksək ixtisaslı yeni nəsil mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Kitab süni intellekt və kompüter elmləri ixtisasları üzrə təhsil alan universitet tələbələri, professor-müəllim heyəti, tədqiqatçılar və praktiklər üçün faydalı ola bilər.
Rəfail TAĞIZADƏ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































