Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Magistraturanın boş qalan yerlərinə qəbul nəticələri açıqlandı

Tarix: 31-08-2026 17:58     Baxış: 319 A- / A+

Magistraturanın boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1457 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 508 nəfər (o cümlədən 82 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olunub.

Qəbul olunan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə  abiturient.az saytından əldə edə biləcəklər.

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar