Sizin Reklam Burada
Xəbər lenti
28-08-2026
BÜTÜN XƏBƏRLƏR

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Tarix: 29-08-2026 14:34     Baxış: 334 A- / A+


Rəsmi iş yeri olan vətəndaşların doktorantura təhsili almaqla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edib-etməməsi ilə bağlı məsələlər maraq doğurur. Qanunvericilikdə məhz bu məsələ ilə bağlı açıq müddəa var.
Manevr.az modern.az-a istinadla xəbər verir ki, qanunvericilikdə doktorantura təhsili alan çağırışçılar üçün hərbi xidmətdən möhlət hüququ nəzərdə tutulub. Lakin bu hüquq doktoranturanın əyani təhsilalma formasına şamil edilir.
Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan çağırışçılara təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən isə doktoranturada təhsil iki formada həyata keçirilir: əyani – istehsalatdan ayrılmaqla və qiyabi – istehsalatdan ayrılmamaqla. Bu baxımdan, əyani doktorantura təhsili istehsalatdan, yəni əsas iş fəaliyyətindən ayrılmaqla həyata keçirilməlidir.
Qaydaların 3.35-ci bəndində əyani doktorantların işləməsi ilə bağlı istisna da müəyyənləşdirilib. Buna əsasən, əyani təhsil alan doktorant elmi rəhbərinin razılığı ilə yalnız təhsil aldığı ali təhsil müəssisəsində, elmi müəssisədə və ya təşkilatda 0,5 ştat vahidi ilə elmi və ya elmi-pedaqoji fəaliyyət göstərə bilər.
Yəni yalnız doktoranturaya qəbul olunmaq hərbi xidmətdən avtomatik möhlət hüququ yaratmır. Möhlət hüququndan yararlanmaq üçün doktoranturada əyani təhsilalma forması və qanunvericilikdə müəyyən edilmiş digər tələblər nəzərə alınmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar