Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Binasi belə olmayan universitet qəbul rekordu qırdı

Tarix: 21-08-2026 21:21     Baxış: 394 A- / A+
Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərini geridə qoyub.

Fakültənin yüksək nəticə göstərməsində iki əsas amilin rol oynadığı bildirilir. Bunlardan biri tələbələrə təqdim edilən aylıq 50 min TL-yə qədər təqaüd, digəri isə ilk üç il təhsilin İstanbul Universitetinin İstanbul Tibb fakültəsində, yəni Çapada keçirilməsidir.

Fakültə tələbələri ilk üç il ərzində təhsillərini Çapada alacaq. Akademik heyət və fiziki infrastruktur tam formalaşdırıldıqdan sonra isə tələbələr dördüncü kursdan etibarən Bitlisə qayıdaraq təhsillərini burada davam etdirəcəklər.

Universitetin açıqladığı təqaüd proqramına əsasən, ilk 15 minlik nəticə ilə fakültəyə qəbul olunan tələbələrə aylıq 50 min TL, 15 mindən sonrakı sıralarda yer alan tələbələrə isə aylıq 30 min TL təqaüd veriləcək.

Təqdim olunan bu imkanlar nəticəsində fakültənin 30 nəfərlik kontingenti ilk seçim mərhələsində tam dolub. Fakültəyə sonuncu qəbul olunan namizədin uğur sırası isə 9 min 632 olub.

Beləliklə, fəaliyyətə başladığı ilk ildə tələbə qəbul edən Bitlis Eren Universitetinin Tibb fakültəsi 10 minlik uğur sırasının daxilindən tələbə qəbul edərək Türkiyənin köklü dövlət universitetləri arasında diqqətçəkən nəticə göstərib. Fakültənin Gaziantep, Fırat və Atatürk universitetlərinin tibb proqramlarını da geridə qoyduğu bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar