Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəbli formalarının qiymətləri AÇIQLANDI

Tarix: 13-08-2026 11:10     Baxış: 423 A- / A+
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb.

Manevr.az bildirir ki, bu barədə iqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:

“Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur”.

E.Əzimov formaların qiymətləri barədə də məlumat verib.

Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:

“Oğlanlar və qızlar üçün 26-54 ölçü aralığında qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 nanat, şalvar və ətəklər isə 15 manat təşkil edir. 30-50 ölçü aralığında nazik jaketlər 20 manat, kapışonlu jaketlər 25 manat, 26-54 aralığında qalın jaketlər isə 22 manat müəyyənləşib. Bundan başqa, 26-54 ölçüdən böyük - yəni, 56-58-60 ölçü aralığında şalvar, ətək və köynəklərinin qiymətinə artıq parça sərfiyyatı səbəbindən 5 manat əlavə olunur”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar