Sizin Reklam Burada
Xəbər lenti
12-08-2026
11-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 4490 şagirdə fərqlənmə attestatı verilib

Tarix: 12-08-2026 13:56     Baxış: 324 A- / A+
Bakıda 4490 şagirdə fərqlənmə attestatı verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 961 məzunu tam orta təhsil səviyyəsi üzrə, 2 529 nəfəri isə ümumi orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Bu barədə İdarədən məlumat verilib.

Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar