Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rezidenturaya qəbul imtahanı keçirildi

Tarix: 09-08-2026 18:30     Baxış: 333 A- / A+


Bu gün rezidenturaya qəbul imtahanının 2‑ci mərhələsi keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bu imtahan ilk dəfə olaraq elektron formada Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirakı gözlənilən 996 namizəddən 5 nəfər imtahana gəlməyib. Namizədlərdən 827 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 12-dən 16-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 – 12 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak., H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar