Xəbər lenti
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib.O bildirib ki, ixtisas seçimi zamanı yalnız rəsmi və etibarlı məlumat mənbələrinə istinad etmək vacibdir. Bu məqsədlə yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunacaq və abituriyentlərə seçim prosesinə başlamazdan əvvəl jurnalla ətraflı tanış olmaq tövsiyə edilir.
Məleykə Abbaszadənin sözlərinə görə, nəşrdə ixtisas seçimi elanı, müsabiqə şərtləri, elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul planı və seçim zamanı lazım olacaq digər vacib məlumatlar yer alıb.
DİM sədri jurnalda dərc edilən psixoloq tövsiyələrinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, həmin materialda peşə seçimi zamanı qərarsızlığın səbəbləri izah olunur, maraq, bacarıq, dəyərlər və real imkanların birlikdə qiymətləndirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda, müxtəlif peşələri daha yaxından tanımaq və bacarıqları inkişaf etdirmək üçün praktik məsləhətlər təqdim edilir.
Məleykə Abbaszadə bildirib ki, ən doğru peşə seçimi insanın yalnız bacardığı sahəyə deyil, həm də maraqlarına, dəyərlərinə və gələcək hədəflərinə uyğun olmalıdır.
O əlavə edib ki, "Abituriyent" jurnalı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada - Azərbaycan dilində hazırlanıb və hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar haqqında məlumatları özündə əks etdirir.
Sonda DİM sədri bütün abituriyentlərə uğurlu və düşünülmüş ixtisas seçimi arzulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































