Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Tarix: 06-08-2026 09:26     Baxış: 324 A- / A+

2025-ci ilin tələbə qəbulu üzrə nəticələrə əsasən, özəl ali təhsil müəssisələrində qəbul planının 91,34 faizi dolub.
Bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı "Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 
Məlumata görə, özəl ali təhsil müəssisələri üzrə ümumilikdə 10 317 plan yeri ayrılıb. Həmin yerlərin 9 424-nə qəbul aparılıb ki, bu da qəbul planının 91,34 faizinin dolduğunu göstərir. Qəbul olunanlardan 8 588 nəfər Azərbaycan, 836 nəfər isə rus bölməsində təhsil alacaq. Onlardan 2 208 nəfəri dövlət sifarişi əsasında qəbul olunub.
İxtisas qrupları üzrə I qrupda 1 749 plan yerinə 1 546 nəfər qəbul olunub və qəbulolma faizi 88,39 təşkil edib. II qrupda 4 090 plan yerindən 3 588-i dolub, qəbulolma faizi 87,73 olub. III qrupda 3 693 plan yerindən 3 589-u tutulub və bununla da ən yüksək göstərici – 97,18 faiz qeydə alınıb. IV qrupda 575 plan yerinə 513 nəfər qəbul olunub ki, bu da 89,22 faizə bərabərdir. V qrupda isə 210 plan yerindən 188-i dolub və qəbulolma faizi 89,52 təşkil edib.
Statistikaya əsasən, subbakalavrlar üzrə ümumilikdə 1 540 nəfər qəbul olunub. Bu kateqoriya üzrə qəbul planının dolma faizi 14,93 təşkil edib.
Abituriyentlər üzrə isə 10 317 plan yerindən 7 884-nə qəbul aparılıb və qəbul planının 76,42 faizi dolub. Onlardan 7 152 nəfər Azərbaycan, 732 nəfər isə rus bölməsində təhsil alacaq. Dövlət sifarişi əsasında qəbul olunan abituriyentlərin sayı isə 2 153 nəfər olub./modern.az
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar