Sizin Reklam Burada
Xəbər lenti
29-07-2026
28-07-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 29-07-2026 18:39     Baxış: 434 A- / A+
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
"Bu il Qarabağ Universitetinə 49 ixtisas üzrə tələbə qəbulu aparılacaq”.

Manevr.az xəbər verir ki, bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov AzEdu.az-ın suallarını cavablayarkən deyib. 
"Bu il Qarabağ Universitetinə 49 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Hazırda universitet yalnız bakalavriat səviyyəsində təhsil verir. Bu ildən etibarən ilk dəfə olaraq ingilis dilində tədris proqramları üzrə də qəbul aparacağıq".
Universitetin ən mühüm yeniliklərindən biri İstanbul Texnik Universiteti ilə ikili diplom proqramının tətbiqidir:
"Qardaş Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan İstanbul Texnik Universiteti ilə ikili diplom proqramına start veririk. Mühəndislik sahəsi üzrə dörd ixtisasda tətbiq olunacaq bu proqram çərçivəsində tələbələr üç il Qarabağ Universitetində, bir il isə İstanbul Texnik Universitetində təhsil alacaqlar. Bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanacaq.
Qarabağ Universitetində təhsil alan bütün tələbələr dövlət hesabına oxuyur, təqaüd və yataqxana ilə təmin olunurlar.
Bu il universitet üzrə 1403 plan yeri ayrılıb. Hesab edirik ki, abituriyentlər arasında müşahidə olunan böyük maraq Qarabağ Universitetinin yüksək bal toplayan gənclərin əsas seçimlərindən biri olacağını göstərir.
Universitetin akademik proqramları dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsi əsasında hazırlanır və tələbələri zəngin tələbə həyatı, geniş imkanlar gözləyir".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar