Sizin Reklam Burada
Xəbər lenti
21-07-2026
20-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni imtahan modeli tətbiq olunacaq

Tarix: 22-07-2026 15:13     Baxış: 331 A- / A+
Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, ümumi 26 test tapşırığı (25 qapalı +1 yazılı) olacaq. 1 dinləmə mətni və mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4 qapalı tipli test tapşırığı, 2 oxu mətni və hər mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4, ümumi 8 qapalı tipli test tapşırığı, qrammatik-leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığı, verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq imtahanda yer alacaq.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı il aprel-iyun aylarında respublikanın paytaxt şəhər və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli və nəzərdə tutulan dəyişikliklər ilə bağlı xarici dil müəllimləri üçün seminarlar keçirilmiş, onlara müvafiq metodiki tövsiyələr verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar