Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə

Tarix: 22-07-2026 10:44     Baxış: 382 A- / A+



Bakı nüfuzlu QS "Best Student Cities 2026" reytinqində mühüm uğura imza ataraq dünyanın tələbələr üçün ən yaxşı 100 şəhəri siyahısına daxil olub.
Manevr.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, Quacquarelli Symonds (QS) tərəfindən hazırlanan 2026-cı il reytinqində Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Paytaxt bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
Reytinqin nəticələrinə əsasən, Bakı Cənubi Qafqazın ən yüksək göstəriciyə malik tələbə şəhəri seçilib. Bundan başqa, Azərbaycan paytaxtı Mərkəzi Asiyanın bir sıra iri şəhərlərini də geridə qoyub. Belə ki, siyahıda Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı yerdə qərarlaşıb.
QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından qiymətləndirir. Reytinq hazırlanarkən universitetlərin beynəlxalq göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik səviyyəsi, yaşayış və təhsil xərcləri, beynəlxalq tələbələrin sayı, eləcə də tələbələrin şəhərlə bağlı rəyləri əsas meyarlar kimi nəzərə alınır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar