Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məleykə Abbaszadə: “Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz”

Tarix: 20-07-2026 21:05     Baxış: 476 A- / A+
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
“Öz təhsil trayektoriyanızı modelləşdirin. İxtisaslaşma seçimi zamanı bir istiqamətlə kifayətlənmək əvəzinə bir neçə mümkün ssenari hazırlamaq faydalıdır”.

Manevr.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabında yazıb.
“Birinci ssenari — arzulanan seçim
Ən çox maraq göstərdiyiniz və gələcək məqsədlərinizə ən uyğun gələn proqramlar.
İkinci ssenari — real seçim
Topladığınız bala, plan yerlərinin sayına və ötən ilin müsabiqə vəziyyətinə uyğun olan proqramlar.
Üçüncü ssenari — ehtiyat seçim
Əsas məqsədinizə yaxın olan və sizə real peşəkar imkanlar verə biləcək alternativ proqramlar.
Jurnalda göstərildiyi kimi, bakalavr uyğun proqramların birinə və ya bir neçəsinə daxil olan dövlət sifarişli və ödənişli ixtisaslaşmaları seçə bilər. Elektron ərizəyə daxil edilən ixtisaslaşmaların ümumi sayı isə 20-dən çox olmamalıdır.
Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz. Seçimlər həqiqi üstünlük sırasına uyğun aparılmalıdır.
Bal sizin seçiminizi əvəz etməməlidir. Bal yalnız öz qərarınızı verərkən istifadə etdiyiniz meyarlardan biri olmalıdır”, - deyə o paylaşımında qeyd edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar