Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

91 bal toplayan MİQ iştirakçısı: "Daha yüksək nəticə gözləyirdim"

Tarix: 15-07-2026 22:23     Baxış: 389 A- / A+
91 bal toplayan MİQ iştirakçısı: "Daha yüksək nəticə gözləyirdim"
"İxtisas sualları çox rahat idi, kurikulum isə daha çox məntiq tələb edirdi".

Bu sözləri MİQ imtahanında 91,25 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Səbinə Babayeva bildirib ki, "2015-ci ildə Azərbaycan Dövlət Müəllimlər Universitetini bitirmişəm. Bir müddət ailə vəziyyətimlə əlaqədar müəllimlik fəaliyyətimə fasilə vermişdim. Son 3-4 ildə isə mütəmadi olaraq MİQ imtahanlarında iştirak etmişəm. Əvvəlki illərdə 87 bal ətrafında nəticələr göstərmiş və müxtəlif məktəblərdə müddətli əmək müqaviləsi ilə çalışmışam. Bu il isə 91,25 bal topladım. Açığı, özümdən daha yüksək nəticə gözləyirdim. 

Çünki bu il imtahana daha ciddi hazırlaşmışdım. İxtisas sualları mənə çox rahat gəldi. Hətta düşünürəm ki, həmin hissədə səhvim olmaya da bilər. Kurikulum bölməsində isə suallar daha uzun idi və cavab variantları bir-birinə çox yaxın olduğundan seçim etmək üçün məntiqi yanaşma tələb olunurdu. Vakansiya seçimində Bakı şəhərində yerləşən məktəblərə üstünlük verməyi planlaşdırıram. 

Ötən il Ankara Məktəb Liseyində müddətli əmək müqaviləsi ilə çalışmışdım və orada çox gözəl təcrübə qazandım. Şagirdlərim və valideynlərlə də çox yaxşı münasibətlərimiz formalaşmışdı. Hazırda onlar da imtahan nəticəmi böyük həyəcanla gözləyirlər.

Magistr təhsilim yoxdur. Lakin MİQ prosesini uğurla başa vurduqdan sonra magistratura təhsili almağı da planlaşdırıram". azedu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar