Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərdən bu sənədlər tələb olunmayacaq

Tarix: 15-07-2026 17:17     Baxış: 3147 A- / A+

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlər sırasındadır.
Manevr.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
“Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar”, - o qeyd edib.
Vüsal Xanlarovun sözlərinə görə, gələn ildən müəllimlərin illik plan və icmallar hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur.
“İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”, – idarə rəisi vurğulayıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar