Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

250-yə yaxın yeni ixtisas yaradılıb - Nazirlik

Tarix: 13-07-2026 15:39     Baxış: 372 A- / A+

250-yə yaxın yeni ixtisas yaradılıb - Nazirlik


Yeni ixtisas təsnifatında ümumilikdə 250-yə yaxın ixtisas yer alıb.
Manevr.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda qüvvədə olan peşə təhsili ixtisaslarının təsnifatında 800-dən artıq ixtisas yer alır. Lakin bu qədər ixtisasın mövcud olmasına baxmayaraq, həmin təsnifatın yenilənməsinə zərurət yaranıb. Buna səbəb həm əmək bazarında baş verən dəyişikliklər, həm də hazırda tətbiq olunan təsnifatda yer alan ixtisasların yarıdan çoxunun real şəraitdə istifadə edilməməsi və həmin ixtisaslar üzrə kadr hazırlığının aparılmamasıdır. Bu baxımdan yeni peşə təhsili ixtisasları təsnifatının hazırlanmasına ehtiyac yaranıb. Artıq iki ildən çoxdur ki, bu istiqamətdə iş aparılır. Nəticə etibarilə peşə təhsilinin ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı layihəsi müzakirəyə təqdim olunub”, - o qeyd edib.
Turxan Süleyman qeyd edib ki, bu ixtisaslar müəyyən edilərkən ölkənin real tələbatı, iqtisadi vəziyyəti, ehtiyac duyulan sahələr, eləcə də müasir əmək bazarının və texnoloji inkişafın yaratdığı yeni tələblər nəzərə alınıb: “Müzakirələr yekunlaşdıqdan sonra cari ilin sonunadək peşə təhsili üzrə ixtisasların yeni təsnifatının hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar