Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

BDU-da "mətbuat katibi" ixtisası açıldı

Tarix: 08-07-2026 13:41     Baxış: 330 A- / A+

BDU-da "mətbuat katibi" ixtisası açıldı

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “ictimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

Manevr.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, “ictimaiyyətlə əlaqələr” ixtisaslaşmasında təhsil alacaq magistrantlar kommunikasiya nəzəriyyələri, reputasiya idarəçiliyi, strateji planlaşdırma kimi sahələrdə biliklərə yiyələnəcək. Bununla yanaşı, ixtisas kritik və analitik düşüncəni – ictimai rəyin təhlili, media monitorinqi və auditoriya davranışlarını qiymətləndirməyi, ictimaiyyətlə əlaqələrin fəaliyyətində etik normalar və müvafiq qanunvericiliyi - məlumatların açıqlanması, gizliliyin qorunması və s. aşılayacaq.

Proqram strateji kommunikasiya planlarının hazırlanmasını, şirkət və ya təşkilat üçün effektiv ictimaiyyətlə əlaqələr strategiyalarının qurulması və həyata keçirilməsini, brend və imicin idarəedilməsini, böhran vəziyyətlərində düzgün kommunikasiya strategiyalarını, media ilə effektiv əməkdaşlıq səriştəsini, press-reliz hazırlamaq, mətbuat konfransı təşkil etmək və digər PR vasitələrindən istifadə bacarıqlarını, sosial media menecmenti, onlayn reputasiya idarəçiliyi, SEO və analitika alətlərindən istifadəni, daxili və xarici auditoriyalarla ünsiyyət qurmaq bacarıqlarını öyrətməyi nəzərdə tutur.
Bu ixtisaslaşmanın məzunları dövlət qurumlarında, özəl şirkətlərdə, beynəlxalq təşkilatlarda, qeyri-hökumət təşkilatlarında, ali təhsil müəssisələrində, media qurumlarında, reklam və kommunikasiya agentliklərində, korporativ kommunikasiya və marketinq departamentlərində, eləcə də konsaltinq şirkətlərində ictimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media əlaqələri, reputasiya və brend idarəçiliyi, daxili kommunikasiya, rəqəmsal kommunikasiya, sosial media menecmenti, mətbuat xidməti və kommunikasiya strategiyasının hazırlanması istiqamətlərində fəaliyyət göstərəcəklər. Onlar həmçinin müstəqil PR məsləhətçisi və kommunikasiya eksperti kimi müxtəlif layihələrin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində peşəkar karyera qura bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar