Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Tarix: 08-07-2026 13:37     Baxış: 329 A- / A+

Lisey və gimnaziyalara qəbul nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara qəbul üzrə seçim mərhələsinə start verilib.
Manevr.az xəbər verir ki, iyunun 30-da mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanaraq iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib.
Məlumata görə, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb və 14 iyul saat 12:00-dək davam edəcək.
Namizədlər seçimlərini şəxsi kabinetlərindəki "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirə bilərlər.
Bu mərhələdə şagirdlər maksimum 3 lisey və ya gimnaziya seçə bilərlər. Lakin üç təhsil müəssisəsinin seçilməsi məcburi deyil. Valideyn və şagirdlərə yalnız həqiqətən təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə olunur.
Seçdiyi lisey və ya gimnaziyaya qəbul olunan şagirdlər üçün elektron yerdəyişmə sistemi avtomatik aktivləşdiriləcək və müvafiq yerdəyişmə sorğusu yaradılacaq. Sənəd qəbulunun avqust ayının ilk yarısında aparılması nəzərdə tutulur.
Qeyd edək ki, qəbul imtahanı ölkə üzrə 41 imtahan mərkəzində keçirilib və prosesdə 7 minə yaxın şagird iştirak edib.
Nəticələrlə bağlı müraciətlər isə 10 iyul saat 17:00-dək office@arti.edu.az elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar