Sizin Reklam Burada
Xəbər lenti
14-07-2026
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı

Tarix: 24-06-2026 18:39     Baxış: 380 A- / A+
Görmə məhdudiyyətli müəllim sertifikasiyada 55 bal topladı
Bu gün Tarix, Riyaziyyat, Coğrafiya və İnformatika üzrə sertifikasiya imtahanları
keçirilib
Manevr.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, imtahandan yüksək nəticə əldə edən müəllimlərdən biri də görmə məhdudiyyəti olan Tarix müəllimi Özal Muradovdur. 
O, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsindən 55 bal toplayıb. 
Qeyd edək ki, xüsusi təhsil müəssisəsinin məzunu olan Muradov Özal Arif oğlu 23 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. O, 2001-2013-cü illərdə 5 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün tam orta məktəbdə təhsil alıb.
2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olan Özal Muradov 2017-ci ildə bakalavr təhsilini başa vurub. Elə həmin il Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi ixtisası üzrə magistratura pilləsinə qəbul olunub və təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Əmək fəaliyyətinə 2019-cu ildə Lerik rayonunun Zenoni kənd tam orta məktəbində tarix müəllimi kimi başlayan Özal Muradov 2022-ci ilə qədər həmin təhsil müəssisəsində çalışıb. O, 2022-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində ölkə üzrə ən yüksək nəticə göstərərək Bakı şəhəri 45 nömrəli tam orta məktəbə təyinat alıb. Hazırda da həmin məktəbdə tarix müəllimi kimi fəaliyyətini davam etdirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar