Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

DİM sabah təkrar imtahan keçirəcək

Tarix: 20-06-2026 10:55     Baxış: 3121 A- / A+


Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçirəcək.
Manevr.az xəbər verir ki, bu barədə məlumat DİM-in rəsmi saytında dərc olunub.
Məlumata görə, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.
Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin şəxslər "İmtahana buraxılış vərəqəsi"ni müvafiq link vasitəsilə çap edə bilirlər.
Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəblərə müraciət edən şagirdlər - cari və əvvəlki illərin IX sinif şagirdləri də imtahanda iştirak edə biləcəklər. Onlar da "İmtahana buraxılış vərəqəsi"ni onlayn qaydada əldə edə bilirlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı, eləcə də iştirakçının imtahan binasına gəlmə vaxtı və digər zəruri məlumatlar əks olunub.
Qeyd edilib ki, imtahanlar saat 10:00-da başlanır və 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar