Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Tam Orta Təhsil Layihəsi ilə bağlı valideynlərlə maarifləndirici görüş keçirilib

Tarix: 19-06-2026 22:11     Baxış: 361 A- / A+

Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin (IX, X və XI siniflər) valideynləri ilə maarifləndirici görüş keçirilib. 

Manevr.az xəbər verir ki, görüşün əsas məqsədi Sumqayıt şəhərinin 33, 36 və 37 nömrəli tam orta məktəblərində həyata keçirilən Tam Orta Təhsil Layihəsi barədə valideynləri ətraflı məlumatlandırmaq olub.

Görüş zamanı layihənin məqsədləri, təhsil prosesində yaradacağı imkanlar, eləcə də şagirdlərin gələcək təhsil və peşə seçimlərinə verəcəyi töhfələr barədə geniş məlumat təqdim olunub.

Qeyd edilib ki, layihə əvvəlki illərdə 37 nömrəli tam orta məktəbdə uğurla tətbiq edilib. Yeni tədris ilindən etibarən isə layihənin 33 və 36 nömrəli tam orta məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə məktəb-valideyn əməkdaşlığının təhsil prosesində mühüm əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Bildirilib ki, şagirdlərin uğurlu gələcəyi naminə həyata keçirilən yeniliklər barədə valideynlərin məlumatlandırılması və onların bu prosesə fəal cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.

Görüş iştirakçıları bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.


Nigar Nəriman
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar