Sumqayıtda Tam Orta Təhsil Layihəsi ilə bağlı valideynlərlə maarifləndirici görüş keçirilib
Manevr.az xəbər verir ki, görüşün əsas məqsədi Sumqayıt şəhərinin 33, 36 və 37 nömrəli tam orta məktəblərində həyata keçirilən Tam Orta Təhsil Layihəsi barədə valideynləri ətraflı məlumatlandırmaq olub.
Görüş zamanı layihənin məqsədləri, təhsil prosesində yaradacağı imkanlar, eləcə də şagirdlərin gələcək təhsil və peşə seçimlərinə verəcəyi töhfələr barədə geniş məlumat təqdim olunub.
Qeyd edilib ki, layihə əvvəlki illərdə 37 nömrəli tam orta məktəbdə uğurla tətbiq edilib. Yeni tədris ilindən etibarən isə layihənin 33 və 36 nömrəli tam orta məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə məktəb-valideyn əməkdaşlığının təhsil prosesində mühüm əhəmiyyət daşıdığı bir daha vurğulanıb.
Bildirilib ki, şagirdlərin uğurlu gələcəyi naminə həyata keçirilən yeniliklər barədə valideynlərin məlumatlandırılması və onların bu prosesə fəal cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.
Görüş iştirakçıları bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.




































