Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

513 əlaçı şagird qəbul imtahanlarında "0-200" bal topladı

Tarix: 19-06-2026 20:16     Baxış: 330 A- / A+
513 əlaçı şagird qəbul imtahanlarında "0-200" bal topladı

Ötən il məktəbi əla qiymətlərlə başa vuran 513 məzun qəbul imtahanlarında 0-200 bal aralığında nəticə göstərib.

Manevr.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.

Məlumata əsasən, əlaçı kimi məzun olanlardan 481 nəfər qəbul imtahanında 100-200 bal, 32 nəfər isə 0-100 bal toplayıb.

Statistikada diqqətçəkən digər məqam isə attestat göstəricisi ilə qəbul imtahanı nəticəsi arasındakı fərqlə bağlıdır. Belə ki, orta attestat balı “3” olan bir məzun qəbul imtahanında 500-700 bal aralığında nəticə əldə edib.

DİM-in məlumatı məktəb qiymətləri ilə qəbul imtahanlarının nəticələri arasında bəzi hallarda ciddi fərqlərin olduğunu bir daha ortaya qoyur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar