Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ləkaranlı müəllim 60 bal topladı

Tarix: 18-06-2026 14:30     Baxış: 331 A- / A+


Lənkəran rayonu Digah kənd tam orta məktəbinin təsviri incəsənət müəllimi Kürsümxanım Xəlilzadə təhsilverənlərin  sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək maksimum 60 bal toplayıb.
Manevr.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, sevincini bölüşən müəllim bu uğurunu həm peşəkar fəaliyyətinin, həm də uzun illər ərzində qazandığı təcrübənin məntiqi nəticəsi kimi qiymətləndirir.
Müəllim bildirir ki, imtahana hazırlıq zamanı əsasən məktəb dərsliklərindən və özünün tərtib etdiyi test tapşırıqlarından istifadə edib. Məhz sistemli hazırlıq və fənn üzrə dərin biliklər yüksək nəticə əldə etməsinə imkan yaradıb.
Kürsümxanım Xəlilzadənin sözlərinə görə, kənd məktəbində çalışmaq müəyyən çətinliklər və böyük məsuliyyət tələb etsə də, bu peşənin sevindirici tərəfləri daha çoxdur. O hesab edir ki, şagirdlərin istedadını üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişafına dəstək olmaq müəllim əməyinin ən böyük mükafatıdır və bütün çətinlikləri unutdurur.
Təcrübəli pedaqoq qeyd edir ki, illər ərzində dərs prosesində tətbiq etdiyi metodiki yanaşmalar və iş üsulları sertifikatlaşdırma imtahanında da ona kömək edib. Onun fikrincə, praktik fəaliyyətdə istifadə olunan səmərəli metodlar imtahan zamanı qarşıya çıxan sualların cavablandırılmasında mühüm rol oynayıb. Sertifikatlaşdırma prosesini müəllimlərin peşəkar inkişafı baxımından vacib hesab edən Kürsümxanım müəllim bu mərhələnin müəllimləri öz üzərlərində daha çox işləməyə təşviq etdiyini vurğulayır. O, prosesin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini düşünür.
Yüksək nəticə əldə edən müəllim sertifikatlaşdırmada iştirak edəcək həmkarlarına da tövsiyələrini bölüşüb: “Bu prosesə sadəcə imtahan kimi yanaşmaq lazımdır. Müəllimlər hər zaman öz biliklərinə, savadlarına və peşəkarlıqlarına güvənsinlər”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar