Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Müəllimlər üçün geyim standartları tətbiq ediləcək - Komitə sədri

Tarix: 16-06-2026 14:30     Baxış: 3115 A- / A+

Müəllimlər üçün geyim standartları tətbiq ediləcək - komitə sədri

"Ümumi təhsil haqqında" Qanunda dövlət siyasətinin millilik və dünyəvilik prinsipləri əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Belə ki, qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.
Manevr.az "Azərtac"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən komitə sədri Anar İsgəndərov deyib.
O bildirib ki, həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar