Sizin Reklam Burada
Xəbər lenti
05-06-2026
04-06-2026
BÜTÜN XƏBƏRLƏR

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır

Tarix: 05-06-2026 16:15     Baxış: 340 A- / A+
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayırÜmumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlarda iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 18-29 iyun tarixlərində aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 
Bildirilib ki, qeydiyyat təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə həyata keçiriləcək.

Abituriyentlər istiqamətlərdən yalnız birinin Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçə bilərlər. İstiqamətlər üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları artıq nəşr olunub. Ümumi (9 illik) orta təhsil bazasında  Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün də qeydiyyat 18 – 29 iyun tarixlərində aparılacaq.

"Abituriyent" jurnalının xüsusi buraxılışlarında  qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar