Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

İyunun 7-də keçiriləcək imtahan barədə məlumat

Tarix: 04-06-2026 16:37     Baxış: 428 A- / A+
İyunun 7-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, BB vəzifə altqrupu üzrə keçiriləcək test imtahanında iştirak etmək üçün 1 389 namizəd qeydiyyatdan keçib.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. İmtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslinin və "İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi mütləqdir.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 73, BB qrupu üzrə isə 179 olmaqla, ümumilikdə 275 namizəd qeydiyyatdan keçib.
Fəaliyyətin davam etdirilməsi imtahanının iştirakçıları da "İmtahana buraxılış vərəqəsi"ni müvafiq link vasitəsilə çap etməlidirlər. Buraxılış vərəqəsində imtahana gəlməli olduqları vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq təqdim etməlidirlər.
İmtahanların keçirilməsi üçün 18 zal admini, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar