Sizin Reklam Burada
Xəbər lenti
29-05-2026
28-05-2026
BÜTÜN XƏBƏRLƏR

IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı 30 May 2026 12:50

Tarix: 30-05-2026 13:38     Baxış: 319 A- / A+
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.
Manevr.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.
Paytaxt məktəblərində 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Paytaxt üzrə monitorinq üçün ayrılan 112 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 49 mindən çox IV sinif şagirdi, 49 mindən çox VI sinif şagirdi biliyini sınayacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 344 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar