Xəbər lenti 
					
 
		700 bal yığan abiturient: "Vaxtım çox idi, gecələr Çempionlar liqasına da baxırdım"

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Qabil Əliyev möhtəşəm uğurundan danışıb.
Q.Əliyev, bildirib ki, özəl kurslara və ya əlavə bunker müəllim yanına getməyib.
"Məktəbdə də çox yaxşı oxumuşam. Dərslərimi həmişə vaxtı vaxtında oxumuşam. Dərsimi oxuyub dostlarımla görüşmüşəm. Özəl kruslara və ya əlavə müəllim yanına getməmişəm, sadəcə öz məktəb müəllimlərimlə hazırlaşmışam. Vaxtım daha çox olurdu. Birinci imtahandan da 700 bal gözləyirdim. Lakin 680 bal toplamışdım. Sənədlərimi "Bakı Ali Neft Məktəbi”nin proseslərin avtomatlaşdırılması fakültəsinə verəcəm. Həmçinin Türkiyədəki burslara da sənədimi göndərmişəm”.
700 bal toplayan Qabil futbol üzrə Çempionlar Liqasının oyunlarına gecə başlamasına baxmayaraq baxdığını deyib:
"Valideynlərim heç vaxt təzyiq etməyib. Onlar bilirdilər ki, mən universitetə qəbul olacam. Ola bilsin 700 yığacağım sürpriz oldu. Çempionlar Liqasının oyunlarına da baxırdım".
Maksimum nəticə göstərən azərbaycanlı abiturient gələcəkdə Türkiyə və ya Almaniyada çalışacağını deyir.
Qeyd edək ki, Qabil Əliyev Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur.baku.ws
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















