Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA

Tarix: 27-05-2026 21:54     Baxış: 371 A- / A+
Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta ümumtəhsil məktəbi bağlanıb.

Həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq edərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər.

Valideynlər bildirirlər ki, məktəbdə təxminən 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir.

Valideynləri narahat edən əsas məsələ isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar Qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyini, övladlarını ya avtobusla, ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarını bildiriblər. Təhsilalanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd ediblər. Bir sözlə, valideynlər həm vaxt, həm də maddi itki ilə üzləşiblər.

122 nömrəli ümumi orta ümumtəhsil məktəbdən bildirilib ki, şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılması nəzərdə tutulur.

Bu barədə valideynlərin məlumatlandırıldığı vurğulanıb.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasından ibarətdir. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar