Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universiteti iki yeni fakültə açılacaq

Tarix: 20-05-2026 19:28     Baxış: 4186 A- / A+
Qarabağ Universiteti 6 yeni ixtisasa tələbə qəbulu aparacaq
Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq.

Manevr.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib.
O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.
Riyaziyyat və İT elmləri fakültəsində "İnformasiya təhlükəsizliyi", "Data analitikası", "Riyaziyyat", "Kompüter mühəndisliyi" ixtisasları, Təbiət elmləri fakültəsində isə "Biologiya" və "Kimya" ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.
Həmçinin qeyd edilib ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti (İTU) arasında ikili diplom proqramının icrasına başlanması nəzərdə tutulur. Bu proqram çərçivəsində "Ekologiya mühəndisliyi", "Kimya mühəndisliyi", "Mexanika mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə ikili diplom proqramı reallaşacaq.
P.Ahənçi qeyd edib ki, icrasına sentyabr ayında start verilməsi nəzərdə tutulan bu proqrama İTU-dan da xarici mütəxəssis və müəllimlərin cəlb olunması planlaşdırılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar