Sizin Reklam Burada
Xəbər lenti
14-07-2026
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub - FOTO

Tarix: 06-05-2026 15:46     Baxış: 3131 A- / A+


Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin olunur.
Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.
Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik edib və ona uğurlar arzulayıb.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar