Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qəbul balları ENDİRİLİR?

Tarix: 27-04-2026 15:06     Baxış: 421 A- / A+
Bu il keçirilən XI sinif buraxılış imtahanlarında suallarının çətinliyi ilə bağlı çoxsaylı müzakirələr öz təsdiqini tapdı. Ötənilki nəticələrlə müqayisədə bu il maksimum bal toplayanların sayı 34 nəfər azdır.

Bəs görəsən, bu rəqəmlər universitetlərə qəbulda keçid ballarının formalaşmasına təsir edəcəkmi? Ballar enə bilər? Bu halda subbakalavrları nə gözləyir?
Manevr.az 
xəbər verir ki, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev Lent.az-a açıqlamasında keçid balları enə biləcəyini bildirib.
"Maksimum bal toplayan abituriyentlərin sayı onu deməyə əsas verir ki, bu il XI sinif buraxılış imtahanlarının çətinliyi ilə bağlı söylənən fikirlər doğru çıxdı. Ötən il birinci zona üzrə 23, ümumilikdə 45 nəfər maksimum bal topladığı halda indi bu rəqəm (2+9), yəni 11 nəfərə bərabərdir. Bu isə sualların çətinliyinin göstəricisidir. Dövlət İmtahan Mərkəzi ümumi statistikaları hələ açıqlamasa da, ötən il təxminən 300-400 nəfər 280-dən yuxarı bal toplamışdısa, bu il o rəqəm təxminən 30-40 nəfər olacaq. Yüksək ballı abituriyentlərin sayının azalması isə istər-istəməz qəbul prosesinə təsir göstərəcək.

Blok imtahanları ötənilki ilə eyni olarsa, qəbul balları avtomatik olaraq enəcək. Balların enməsi müsabiqə şərtlərinə müəyyən qədər təsir göstərə bilər. Ona görə hesab edirəm ki, bu vəziyyət subbakalavrlara daha çox imkan yaradacaq. Ümumi müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının az olması verilən plan yerlərinin subbakalavrlar tərəfindən tutulmasına gətirib, çıxara bilər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar