Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu keçirilib

Tarix: 25-04-2026 21:34     Baxış: 325 A- / A+

25 aprel 2026-cı il tarixində Qarabağ Universitetndə I Qarabağ Təhsil Forumu öz işinə başlayıb.
Manevr.az xəbər verir ki, Forumun əsas məqsədi təhsilimizin əsas perspektivlərini müzakirə edib, gələcəyin vətəndaşını yetişdirmək uğrunda orta və ali məktəblərin bir-birinə inteqrasiyasını təmin etməkdir.
Pedaqoji fakültənin təşəbbüsü ilə təşkil olunan forumun açılış mərasimində universitetin rektoru Şahin Bayramov çıxış edib. Rektor regionda təhsil subyektlərinin bir araya gələrək təhsilin gələcəyini müzakirə etməsini mühüm strateji addım kimi qiymətləndirib. Ş.Bayramov ali və ümumtəhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin gələcəyin müəllim kadrlarının hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, ölkənin aparıcı təhsil ekspertlərinin iştirak etdiyi bu forum Qarabağda mütərəqqi təhsil ənənələrinin bərpası və tədris prosesinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması baxımından önəmlidir.
Forumun açılışında çıxış edən Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev tədbirin məhz Qarabağ Universitetində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, region üçün gələcəyin mütəxəssislərinin hazırlandığı bu ali təhsil müəssisəsi aparıcı ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlıq edir və təhsil sahəsində innovasiyaların tətbiqinə töhfə verir.
Daha sonra Universitetin Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova çıxış edərək iştirakçıları forumun proqramı ilə tanış edib. Dekan diqqətə çatdırıb ki, panel müzakirələrində qaldırılan məsələlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və təhsil müəssisələri ilə tədqiqat institutları arasında əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.
Forum çərçivəsində iki panel müzakirəsi təşkil olunub. “Təhsilin keyfiyyətinin artırılması” mövzusuna həsr olunan birinci paneldə müxtəlif təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri çıxış ediblər. “Sabah üçün gərək olan vacib bacarıqlar” adlı ikinci paneldə isə gələcəyin təhsil trendləri və zəruri kompetensiyalar ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirələri Abdulxaliq Məmmədli və Amin Hüseynov tərəfindən moderatorluq edilib və iştirakçıların sualları cavablandırılıb.
Forum öz işini seminar sessiyaları və ustad dərsləri ilə davam etdirib. Seminar məşğələlərində yerli və beynəlxalq təhsil mütəxəssisləri tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirilib.
Qeyd edək ki, I Qarabağ Təhsil Forumunda Şuşa, Ağdam, Xankəndi və Xocalı şəhərlərindən olan məktəblərin aparıcı müəllimləri iştirak ediblər.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar