Sizin Reklam Burada
Xəbər lenti
25-05-2026
24-05-2026
BÜTÜN XƏBƏRLƏR

Heç bir hazırlığa getmədən 300 bal toplayan şagird

Tarix: 24-04-2026 16:03     Baxış: 382 A- / A+
Heç bir hazırlığa getmədən 300 balı görün necə topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.
Manevr.az xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır.
O bildirib ki, belə bir nəticəni özündən gözləyirdi:
"Nəticəmi öyrənəndən sonra çox sevindim. Açığı, müəyyən qədər yüksək bal toplayacağımı bilirdim, amma bəzi məqamlarda da şübhələrim var idi. Nəticədə isə 300 bal topladım".
Heç bir hazırlığa getmədən bu nəticəni əldə edib:

"Əsasən öz üzərimdə çox çalışmışam. Müstəqil şəkildə hazırlaşmışam, heç bir hazırlıq kursuna getmədən imtahana hazırlaşdım və bu nəticəni əldə etdim".
O hələ universitet seçimi etmədiyini qeyd edib:
"Hələ universitet seçimi dəqiq deyil, amma əsas hədəfim kompüter elmləri ixtisası üzrə təhsil almaqdır".
Maksimum nəticə əldə etmək istəyən abituriyentlərə isə belə tövsiyə verib:
"Mən tövsiyə edərdim ki, hər bir şagird müstəqil şəkildə çox çalışsın, öyrənmək istədiyi mövzuları çəkinmədən müəllimlərdən soruşsun və ən əsası özünə və uğur qazanacağına ürəkdən inansın"./AzEdu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar