Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı məktəbində yenilik: şagirdlər QR kodla yoxlanılır - Şəkillər

Tarix: 13-04-2026 23:23     Baxış: 370 A- / A+
Bakı məktəbində yenilik:
 Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmini məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

“Elektron davamiyyət” sistemi vasitəsilə:

· Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;

· Dərhal valideynlərin vatsap nömrəsinə bildiriş göndərilir;

· Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar