Xəbər lenti 
					
 
		Universitetlərdə yeni qiymətlər: 5 min manatlıq ixtisas

Universitetlərdə təhsil haqqı qalxıb. Dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb. Bəzi ixtisaslarda 200-500 manat artım var.
Bu barədə cebhe.info-ya təhsil eksperti Kamran Əsədov verib. Onun sözlərinə görə BDU-nun hüquq fakültəsində təhsil haqqı 4300 manat olub. Ötən il isə həmin fakültədə təhsil haqqı 3800 manat idi:
“Təhsil haqlarının artırılmasına əsasən ölkədə baş vermiş iki devalvasiya və enerji daşıyıcılarının qiymətlərinin artırılması təsir göstərir. Düzdür, dövlət universitetləri dövlət büdcəsinin vəsaiti hesabına böyük məbləğdə pul dotasiyaları alırlar . Dünya təcrübəsində universitetin dövlət büdcəsinin vəsaiti hesabına saxlanılması təcrübəsi yoxdur. Bu büdcəni daima əlavə xərc yükündə saxlayır. Ona görə də, ölkə başçısı cənab prezident bu ildən etibarən bir sıra büdcədən maliyyələşən universitetlərə publik hüquqi şəxs statusu verdi ki, özləri göstərdikləri xidmətə görə maliyyələşdirilməsini həyata keçirsinlər”.
Ekspert deyib ki, BDU-da bu tədris ilindən etibarən bütün fakültələr üzrə artım 100-500 manat olub:
“Xəzər Universitetində ixtisaslarda 500 manata qədər artım olub. Həmin universitetin “Maliyyə” fakültəsinin illik təhsil haqqı əvvəl 4000 manat idi, indi isə 5000 manata qalxıb. Bundan əlavə “Turizm və Otelçilik” fakültəsi açılıb ki, onun da təhsil haqqı 5000 manatdır”.
Manevr.az
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















