Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama

Tarix: 24-03-2026 20:55     Baxış: 374 A- / A+



Martın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.
Manevr.az xəbər verir ki, bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a bildirib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil: "Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir".
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar