Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Tarix: 24-03-2026 08:18     Baxış: 359 A- / A+


Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.

Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?

Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.

O xatırladıb ki, "Bakı Şəhərinin Baş Planı 2040"da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:

"Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq".

E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:

"Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək". ölkə.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar