Xəbər lenti
Müəllimlərin işə qəbulunda YENİLİK
İyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.
Bunu modern.az-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi bildirib ki, bu il 2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq.
“Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qaydaya əsasən ötən il imtahan verib, müəyyən keçid balını toplayanlar bu il test imtahanı vermədən birbaşa müsahibə mərhələsində iştirak edə biləcəklər. Qalanlar isə test imtahan mərhələsinə qatılacaqlar”.
C. Valehov qeyd edib ki, bu ilin iyun ayında həm Bakı şəhərində, həm də regionlarda çalışan və öz iş yerlərini dəyişmək istəyən müəllimlər üçün imkanlar yaradılıb.
“Nəticədə 1600-dən artıq müəllim çox şəffaf şəkildə həm Bakıda, həm də regionlarda öz iş yerini dəyişə biliblər. Eyni zamanda, yeni qaydalara görə bu və ya digər səbəbdən öz iş yerini dəyişə bilməyən müəllimlər yerlərini dəyişmək istəyirlərsə, onlar müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edərək müvafiq vakansiyaya uyğun balı qazanaraq yerlərini dəyişə bilərlər. Bu da builki yeniliklər sırasındadır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar