Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Veteran müəllimlərlə unudulmaz görüş... -FOTOLAR

Tarix: 22-02-2026 12:58     Baxış: 2374 A- / A+

“A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir

Hər dəfə, hər dəfə keçəndə sizdən.”
                                     Bəxtiyar Vahabzadə

Məktəb təkcə dərs keçilən məkan deyil, təkcə zəng səsi, sinif otağı və yazı taxtasının olduğu yer də deyil. Məktəb bir ömrün tarixçəsidir. Burada müəllimin addım səsləri illərin yaddaşına hopur, dediyi hər kəlmə gələcəyin taleyinə yazılır. Müəllim ömrü səssiz fədakarlıqdır, görünməyən zəhmətdir, amma ən parlaq nəticədir. Çünki müəllim sabahı yetişdirir.

Ana Dili Günü münasibətilə Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam orta ümumtəhsil məktəbinin kollektivi ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə möhtəşəm tədbir keçirdi. Bu tədbir sadəcə bir bayram proqramı deyildi — bu, keçmişlə bu günün görüşü, illərin qovuşması idi. Məktəbin direktoru Asəf Bayramovun təşəbbüsü ilə təqaüdə çıxmış veteran müəllimlərin tədbirə dəvət olunması proqramın ən duyğulu anlarını yaratdı. Onlarla görüş yaddaşlarda silinməz iz qoydu.
Görüş zamanı maraqlı xatirələr danışıldı, illərin toz basmış səhifələri vərəqləndi. 

Məktəbin ilk direktorlarından tutmuş indiki rəhbərliyə qədər keçilən yol xatırlandı, iş metodları müqayisə olundu. Hər bir xatirə sanki məktəbin divarlarına hopmuş illərin nəfəsi idi.
Veteran müəllimlər — Mahirə, Məlahət, İsmayıl, Hökumə, Sveta, Rəna,  İradə, Xalidə, Lyudmila müəllimlər, uzun illər məktəbin direktoru vəzifəsində çalışmış Ağası Tahirov, məktəbin psixoloqu işləmiş Xatirə xanım, kitabxana müdiri olmuş Zemfira xanım məktəbin yeni binası ilə yaxından tanış oldular. Müasir və geniş sinif otaqları, yaradılmış gözəl şərait onları sevindirdi. Onlar belə bir mühitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Bu minnətdarlıq həm də müəllim əməyinə verilən dəyərin ifadəsi idi.

Tədbir şagirdlərin ifasında maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdi. Ana dilimizin zənginliyi və gözəlliyi şeirlərdə, səhnəciklərdə, musiqidə öz əksini tapdı. Hər misrada müəllim əməyinin izi, hər çıxışda məktəbə sevgi duyulurdu.
Sonda çəkilən xatirə şəkilləri sadəcə bir kadr deyil, bir ömrün, bir məktəb tarixinin yadda qalan anları idi. Çünki müəllim ömrü bitmir — o, yetişdirdiyi şagirdlərin uğurunda, xatirələrində yaşayır.

Ruhiyyə Əliyeva,
Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam   

orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar