Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdamın ilk məktəbində dərslər başladı - Şəkillər

Tarix: 16-02-2026 22:55     Baxış: 355 A- / A+
Ağdamın ilk məktəbində dərslər başladı - FOTOLAR
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

Tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib. İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib. azxeber.com

Manevr.az 


 

 

 

 

 

 

 

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar